Xeberler

Mühasib, yoxsa qanqster-mafioz?

Əsasən qanqster və mafioz kimi tanınsa da Al Capone'nun digər peşəsi mühasib olub. Ailə qurduqdan sonra o, Brooklyndə məşhur cinayətkar olan Frankie Yalenin yanındakı işdən ayrılır, Baltimora yerləşir və burada mühasib kimi fəaliyyət göstərir. Tarixdə mafiya kralı kimi tanınmasına baxmayaraq, mühasibatın da kralı ola bilərdi. Sakit, təvazökar və çox cəsarətli mühasib olan Frank Vilson Capone əleyhinə dəlil tapıb cinayət işi açdırmağı bacarmışdır. Uzun müddət dövlət qurumlarının səylərinə baxmayaraq onu fırıldaqçılıq və vergidən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edə bilmirdilər. Çünki ölkənin ən yaxşı vəkilləri mafiyaya xidmət edirdilər. Məhz mühasib Frank Vilson Caponeyə aid olan müəssisələrdən müsadirə edilmiş sənədlərə əsasən bir neçə onilliklər boyu vergi sisteminin öyrənilməsi nəticəsində vergidən yayınmasını sübut etmişdir. Buna əsaslanaraq Al Capone məhkum edilir. Məhz bu professional mühasibin səyi nəticəsində "Mafiya Kralı"nı tutmaq mümkün olub.