Xeberler

Dünyanın ən böyük 10 vergi cənnəti

Finans
Dünyanın dörd bir yanındakı offshore hesablar vasitəsilə vergi qaçırıldığı iddiası son olaraq, Panamalı hüquq firması Mossack Fonseca’nın qeydlərindəki məşhur adlarla gündəmə gəlmişdir.
Dünyanın ən böyük 10 vergi cənnətini diqqətinizə təqdim edirik...

LÜKSEMBURQ


Ölkədə qeydiyyatlı 3.5 trilyon dollarlıq yatırım fondu mövcuddur. Bunun 1 trilyon dollarının sahibi ise qeydlərdə görünmür.

KAYMAN ADALARI

Dünya nüfuzunun yalnız 0.000008 faizinin yaşadığı adalardakı banklar, dünyadakı toplam sərvətinin 6 faizini təşkil edir.
Cayman Adaları, Karib hövzəsində Kubanın cənubunda Yamaykanın şimalqərbində yerləşir.

MEN ADASI

İngiltərə Baş naziri David Kameron daha öncə bildirmişdir ki, üzərində hər hansı bir şirkət olmayan ada ''bir vergi cənnəti olaraq düşünülməməlidir''.
Men Adası, İngiltərənin şimalqərbində yerləşir.

CERSİ ADALARI

Adanın ərazi bütövlüyü nəzərə alındığında, hər kvm.ə 5 milyard dollarlıq sərvət düşür.
Cersi adası, İngiltrə ilə Fransa arasında yerləşən Men adalarından biridir.

İRLANDİYA

Ölkədə 2015-ci ildə texnoloji nəhəngi Apple şirkətinin 55 milyard dollarlıq vergi hiyləsi etdiyi iddia edilmişdir.

MAVRİKİ CUMHURİYYƏTİ

Ölkədə bütün şirkətlərdən vergi alınır, ancaq xarici şirkətlər üçün nəzərdə tutulmuş ‘‘səxavətli‘‘ vergi kreditləri ilə toplanan vergilər təkrar şirkətlərə geri dönür.
Mavriki Cumhuriyyəti, Afrika qitəsinin şərq tərəflərində, Madaqaskarın yaxınlığında yerləşir.

BERMUD Adası

Texnologiya şirkəti Google-un 45 milyon dollardan artıq nağd rezervini offshore hesablarda tutduğu bilinir. Bermud, şirkətin offshore hesablarının olduğu ölkələrin başında gelir.
Bermud adası, Atlantik Okeanında ABŞ-ın şərqində və Karib adalarının qərbində yerləşir.

MONAKO

Super zənginlərin tez tez ziyarət etdikləri Monako, dünyadakı ən yüksək əmlak dəyərinə sahib ölkələrdən biridir. Monakoda 70 kvm-ə bir daşınmaz, təxminən 1.5 milyon dollara alıcı düşür.

İSVEÇRƏ

Ölkədə gizli bank hesabları ve tənzimləmələri mövcuddur. Məsələn, Almaniyadakı Hitler dövrünün nağd rezervlərinin İsveçrə banklarında tutulduğu 1990-cı illərə qadar ortaya çıxmamışdır.

BAHAM ADALARI

İngiltərə Baş naziri David Kameronun atası tərəfındən ölkədə bir offshore fondu yaradılmışdı. Hətta bu fond İngiltərədə vergi ödəməsin deyə lazımlı sənədləri hazırlamaq üçün Bahamalıları məcbur etdiyi irəli sürülürdü.
Baham adaları, Qərbi Hind Adalarının şimal sərhəddində yerləşir.