Xeberler

2022-ci Vergi Məcəlləsinə dəyişikliklər

Xəbərlər
Bildiyiniz kimi 2021-ci ilin sonunda Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi təsdiq edildi və yanvar ayının 1dən qüvvəyə mindi. Diqqət çəkən əsas dəyişiklik və yeniliklər nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi (Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir ); vergi yoxlaması (vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir); kameral vergi yoxlaması (Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi hesabatı məqsədi daşıyan vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir); səyyar vergi yoxlaması (Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz); aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsi, elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi, vergi güzəştləri (neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicilərini əhatə edir); güzəştli vergi tutulan ölkələr üzrə Azərbaycan mənbəyindən əldə edilən gəlirlərin məhdudlaşdırılması, vergi ödəyiciləri üçün yeni tələblər, gəlir və xərclərin uçotunun aparılması qaydası(mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə yalnız hesablama metodu ilə aparmalıdırlar), ƏDV ödəyicilərinin ödəniş tapşırıqları üzrə tələblər, vergi öhdəlikləri üçün möhlət, möhlət zamanı girov və zamin üçün tələblər və s.dir. Dəyişiklər içərisində həmçinin tibb müəssisəsi, bərbərxana, gözəllik salonu, kosmetoloji mərkəzlər üçün yeni nəsil kassa aparatlarının istifadəsi zərurəti də yer tutur. Ən vacib dəyişiklərdən biri də Sanksiyalarla bağlıdır. Vergi Məcəlləsinə əsasən Vergi orqanların vergi hesabatını (auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda auditor rəyi əlavə edilməklə), həmçinin transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda və Vergi Məcəlləsində nəzərdə tutulmuş hallarda Vergi Məcəlləsinə əsasən Vergi orqanların vergi hesabatını (auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda auditor rəyi əlavə edilməklə), həmçinin transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda və Vergi Məcəlləsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan arayışı və nəzarət olunan xarici müəssisə haqqında arayışı həmin müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.