Biznesinizi bizə etibar edin!
SER CONSULTING GROUP mühasibatlıq haqqındakı təsəvvürünüzə yeni anlayış gətirir: doğru mühasibatlıq. Sizi ənənəvi olaraq alışdığınız "Mühasibat uçotu - vergi uçotu" təbirindən uzaqlaşdırır. Doğru mühasibatlıq vergidə qənaət deyil, balanslı fəaliyyət deməkdir. Şablonları unudun. Biz maliyyə standartlarını sizin biznes modelinə uyğunlaşdırırıq.
Vergi məqsədləri üçün mühasibat uçotunun təşkili
Vergitutma üçün mühasibat uçotunun əsas əhəmiyyəti ondan ibarətdir ki, onun materialları müəssisələrin dövriyyəsi, mənfəəti və digər göstəriciləri barədə geniş məlumat əldə etməyə imkan verir. Mühasibat uçotunun qaydalarına əsasən hesablanan balans mənfəəti vergi qanunvericiliyinə uyğun qaydada müəyyən olunan mənfəətdən fərqlənir.
Xidmətlərimiz
Maliyyə uçotunun təşkili
Maliyyə uçotu əsasən kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur.Maliyyə uçotunun əsas məqsədi müəssisənin maliyyə fəaliyyətinə aid aşağıdakı 3 istiqamətdə informasiya hazırlamaqdır:
Maliyyə vəziyyəti;
Maliyyə nəticələr;
Pul vəsaitlərinin hərəkəti haqqında.
Kadr uçotunun təşkili
Kadr uçotunun təşkili müəssisələrdə ən vacib məsələlərdən biridir. Kadr uçotu İnsan qaynaqları (Human Resources) departamentinə həvalə edilir. Bəzən isə bu iş şirkətlərdə mahasiv və hüquqşünaslar tərəfindən icra edilir. Ümumilikdə işçilərin seçilməsi, işə götürülməsi, əmək müqavilələrinin bağlanması, işçilərlə əmək münasibətlərinin təşkili və xitamı kimi işlərdən İnsan qaynaqları şöbəsi məsuldur.
İdarəetmə uçotunun qurulması
İdarəetmə uçotunun qurulması şirkət rəhbərlərinin doğru və düzgün qərar qəbul etməsi üçün bir mexanizmdir. Müəssisənin daxili sirrini qorumaq, işləri planlaşdırmaq, qərarlar qəbul etmək və resursların istifadəsinin optimallaşdırılması məqsədilə həyata keçirilir.
Və digər xidmətlər
Biz biznesinizə yeni nəfəs gətririk
SER CONSULTING GROUP maliyyə haqqındakı təsəvvürünüzə yeni anlayış gətirir. 15 il əvvəl “outsors-frilans” kimi yaranmış bu xidməti daha ciddi fəaliyyət növünə çevirməkdə məqsəd tərəfdaşlarla əməkdaşlığımızın keyfiyyətini artırmaqdır. İndi bizim uçotun təşkilindən, standartların təmin edilməsinə qədər önəmli hesab etdiyiniz hər bir işi təşkil etmək imkanımız var.
Xəbərlər
Müştərilərmiz nə deyir?
Fazil Məsimov
Hörmətli SER ailəsi, çoxillik əməkdaşlığımızdan son dərəcə məmnun olduğumuzu bildirmək istərdik. Operativ və dəqiq xidmətinizdən dolayı sizə minnətdarıq. Daha uzun illər bir yerdə fəaliyyət göstərəcəyimizə inanırıq.
Anar Mammadov
CEO - Co Founder at QReact
Hörmətli Həsən bəy və SER Consulting, Sizi tanıdığımız və işlərimizi sizə əmanət etdiyimiz üçün böyük məmnunluq duyuruq. Hər müraciətimizə xüsusi həssaslıq və qayğı ilə yanaşmağınız işə öz işiniz kimi bağmağınızın göstəricisidir. Bu da aramızdakı bağı daha möhkəm və güvənilən edir.
Elçin Məlikli
Direktor  Baku Post
SER Consultiglə uzun illərə dayanan əməkdaşlığımız qarşılıqlı anlayış, güvən və hörmətə dayanır. Zaman və məkan bilmədən hər müraciətimizə xüsusi operativlik və cəldliklə cavab verdiyiniz üçün sizə minnətdarıq. Ümid edirik ki, bu iş birliyi daimi olacaq.
Şirkətinizə yeni nəfəs gətirin,
SER CONSULTING GROUP
zəng sifarişi yaradın