Haqqımızda
SER CONSULTING GROUP maliyyə haqqındakı təsəvvürünüzə yeni anlayış gətirir. 15 il əvvəl “outsors-frilans” kimi yaranmış bu xidməti daha ciddi fəaliyyət növünə çevirməkdə məqsəd tərəfdaşlarla əməkdaşlığımızın keyfiyyətini artırmaqdır. İndi bizim uçotun təşkilindən, standartların təmin edilməsinə qədər önəmli hesab etdiyiniz hər bir işi təşkil etmək imkanımız var.
Tərəfdaşlarımızın ehtiyaclarını beynəlxalq təcrübə və keyfiyyət standartlarına uyğun ödəmək ən böyük hədəfimiz idi. Və bu gün isə onların bizə olan etibarı ən böyük uğurumuzdur!
Missiyamız sadəcə mümkün uçot qaydalarına uyğun yox, həm də sahibkarın biznes modelinə və maraqlarına uğun iş təşkil etməkdir.
SER Qrupu şirkətinizin bir departamenti hesab edə bilərsiniz.
Tanış olaq, SER Həsən Həsənov...

“SER CONSULTING GROUP”-un yaradıcısı və təsisçisidir. 15 ildən çoxdur maliyyə-mühasibat sahəsində fəaliyyət göstərir və ən yaxşılardan biri olmaqda iddialıdır. O məhsuldar iş təcrübəsinə müxtəlif təyinatlı şirkətlərdəki uzun müddətli fəaliyyəti zamanı nail olub.

Uzun müddət ölkənin qabaqcıl şirkətlərində (turizm, ictiami iaşə, tikinti, əczaçılıq, fiziki və qeyri fiziki təhlükəsizlik, IT xidmətləri və IT təhlükəsizliyi şirkətləri) maliyyə direktoru və maliyyə müşaviri, direktor müavini və direktor vəzifələrində çalışıb.

“SER CONSULTING GROUP”-un yaradıcısı olan Həsən Həsənov bu illər ərzində paralel olaraq kiçik və orta sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə mühasibat, vergi uçotu məsləhətləri xidməti göstərib.

Milli Mühasiblər Forumunun iştirakçısıdır. Həmçinin bir çox təlim və seminarların iştirakçısı olub, sertfikat və diplomlar əldə edib. Daha peşəkar imic formalaşdırmaq və beynəlxalq təcrübəyə tam nail olmaq məqsədi ilə hələ də bu tipli təlim və seminarlarda mütəmadi olaraq iştirak edir.

Bizim komandamız
Peşəkar maliyyəçi və mühasiblərimiz, işinizin yüksək səviyyədə təşkil olunmasına nəzarət edəcək keyfiyyət üzrə menecerimiz komandamızın önəmli simalarıdır.
Şirkətinizin və ya markanızın uğurlu reklamını təşkil etmək üçün isə Sosial Media Marketinqi menecerimiz fəaliyyət göstərir.
  • Hasan Hasanov
    CEO
  • Səlimə Əmirova
    Baş mühasib
    (Chief Accountant)
  • Nərmin Əzimova
    Aparıcı mühasib
    (Leading accountant)

  • Kamran Abas
    Maliyyə hesabatları üzrə baş mütəxəssis
    (Chief Financial Officer)
  • Saida Hasanova
    SMM menecer
    (Consulting SMM manager)
  • Daşqın Həsənov
    Keyfiyyət üzrə menecer
    (Quality manager)
  • Zamiq Ibrahimov
    Layihə meneceri
    (Project Manager)