Vergi məqsədləri üçün mühasibat uçotunun təşkili

SER Consulting mühasibatlıq haqqındakı təsəvvürünüzə yeni anlayış gətirir: doğru mühasibatlıq. Sizi ənənəvi olaraq alışdığınız "Mühasibat uçotu - vergi uçotu" təbirindən uzaqlaşdırır. Doğru mühasibatlıq vergidə qənaət deyil, balanslı fəaliyyət deməkdir. Vergitutma üçün mühasibat uçotunun əsas əhəmiyyəti ondan ibarətdir ki, onun materialları müəssisələrin dövriyyəsi, mənfəəti və digər göstəriciləri barədə geniş məlumat əldə etməyə imkan verir. mühasibat uçotunun qaydalarına əsasən hesablanan balans mənfəəti vergi qanunvericilinə uyğun qaydada müəyyən olunan mənfəətdən fərqlənir. Bu fərqin yaranması müəssisənin mənfəətinin vergitutma məqsədləri üçün məbləğinin
müəyyən olunmasını tənzimləyən normaları əks etdirir. Bu normalar «Müəssisə və təşkilatların mənfəət vergisi haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu ilə bağlıdır. Müəssisənin balans mənfəətinin hesablanması qaydasının onun mənfəətinin vergitutma məqsədləri üçün müəyyən olunması qaydasından fərqləndirilməsinə əsas verən normalar Azərbaycan Respublikasının Vergi Məcəlləsində də öz əksini tapmışdır. Bunlara gəlirdən çıxılmasına icazə verilən xərclərin növlərinin müəyyən edilməsini, bəzi gəlirdən çıxılan xərclərə məhdudiyyətin qoyulmasını, bazar qiymətlərinin tətbiqini və s. bu kimi məsələləri tənzimləyən normaları aid etmək olar. Mühasibat və vergi uçotu arasında fərq olmasına baxmayaraq, bir çox təsərrüfat subyektləri uçotunu yalnız vergi məqsədlərinə uyğun qururlar.
Mühasibat işinin təşkili məqsədilə vergi qanunvericiliyinin tələblərinə
uyğunlaşdırılmış uçotun qurulması və maliyyə hesabatlarının hazırlanması təsərrüfat subyektinin real maliyyə vəziyyətini (xalis aktivlərini) təhrif edə bilər. Ona görə də müəssisələrdə uçotun mühasibat və vergi məqsədləri üzrə siyasəti bir-birindən fərqləndirilməlidir.