Hesabat və əməliyyat sistemi şirkətin real idarəetmə mexanizmidir. SER Consulting şirkətlərin gündəlik fəaliyyətini, proseslərini və hesabat mexanizmini bir çərçivədə birləşdirərək ölçülə bilən, təkrarlana bilən və idarəolunan sistemlər qurulması istiqamətində dəstək verir.
Bu xidmət sahibkarın ən böyük ehtiyacını qarşılayır: biznes reallığı ilə idarəetmə reallığı arasında körpü yaratmaq.
Xidmət istiqamətlərimiz• İdarəetmə hesabatlarının qurulması
KPI-lər, dashboard-lar, şöbə performansı, əməliyyat göstəriciləri və qərarvermə üçün aydın məlumat axınının formalaşdırılması istiqamətində məsləhətlər.
• Proses və struktur təhlili
Şirkətdəki faktiki iş axınlarının, vəzifə bölgülərinin, səlahiyyət xəttinin və idarəetmə dinamikasının təhlili.
• Əməliyyat sisteminin qurulması
Departamentlərarası koordinasiya, təkrarlanan problemlərin analizi, proseslərin optimallaşdırılması və əməliyyat intizamının yaradılması yönündə məsləhətlər.
• Səlahiyyət və məsuliyyət bölgüsü
Rəhbərlik, menecerlər və icraçı heyət arasında effektiv qərarvermə və hesabatlıq çərçivəsinin müəyyənləşdirilməsi.
• Şirkətin “büdrəmə nöqtələrinin” diaqnostikası
Sistem qurmağa mane olan insan, proses və idarəetmə boşluqlarının aşkarlanması.
Sahibkar üçün hansı problemi həll edirik?· “İşlər gedir, amma kimin nə iş gördüyü bilinmir.”
“Proses var, amma əməl olunmur.”
“Səlahiyyət vermək çətindir və ya veriləndə nəticə olmur.”
“Hər şey mənim üstümdə qalır.”
“Peşəkar gətirirəm, amma nəticə dəyişmir.”
“Şirkətdə sistem yoxdur insanlar işləyir, struktur yox.”
Biz bu problemlərin kökünə enib şirkəti idarəetmə modeli ilə tanış edirik.
Nəticə: Bu xidmət nəticəsində şirkət:
ölçülə bilən əməliyyat sistemi qazanır,
rəhbər qərarlarını dəstəkləyən hesabat strukturu formalaşır,
proseslər təkrarlana bilən olur,
səlahiyyət bölgüsü aydınlaşır,
sahibkar mikromenecmentdən azad olur,
şirkət reaktiv yox, proaktiv fəaliyyətə keçir.
SER Consulting əməliyyat və hesabat mexanizmini birləşdirərək şirkəti nizamlı və idarəolunan sistemi çevirir.