Kadr uçotunun təşkili müəssisələrdə ən vacib məsələlərdən biridir. Kadr uçotu İnsan qaynaqları (Human Resources) departamentinə həvalə edilir. Bəzən isə bu iş şirkətlərdə mahasiv və hüquqşünaslar tərəfindən icra edilir. Ümumilikdə işçilərin seçilməsi, işə götürülməsi, əmək müqavilələrinin bağlanması, işçilərlə əmək münasibətlərinin təşkili və xitamı kimi işlərdən İnsan qaynaqları şöbəsi məsuldur. Lakin təəssüf ki, bu sahədə bir sıra boşluqlar vardır. Kadr uçotunun düzgün şəkildə aparılmaması ilbəil cərimələrin artmasına səbəb olur.
Kadr uçotu xidmətlərinə aşağıdakılar aiddir:
- kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;
- əməkdaşların şəxsi işlərinin yaradılması;
- əmək müqavilələri və ona əlavələrin tərtib olunması, onlayn qeyd və təkrar qeydiyyat;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçilərlə əmək müqavilələrinin bağlanması və xitam verilməsi;
- xəstəlik vərəqəsinin, Sosial, Əmək məzuniyyətinin rəsmiləşdirilməsi (əmr və diqər) sənədlərin yazılması;
- icbarı sığorta əməliyyatların icrası. Maaş kartların bankda sifarişi;
- əmək haqları üzrə ştat cədvəllərinin hazırlanması;
- vaxt uçotu tabelinin hazırlanması;
- əmrlər və digər kargüzarlıq sənədlərinin tərtib olunması;
- işçilərin işə qəbul olunması və işdən azad edilməsi, Məzuniyyət, səyahət və s. ilə bağlı, istirahət, qeyri-iş və bayram günlərində görülmüş işlərlə bağlı vəzifəsinin dəyişdirilməsinə aid zəruri sənədlərin hazırlanması və əmrlərin rəsmiləşdirilməsi;
- işçilərin sosial sığortası və onların sosial sığorta kartların sifariş edilməsi;
- işçilərin əmək kitabçaların yazılması;
- işçinin ay ərzində iş saatlarını əks etdirən cədvəlin hazırlanması;
- müfəttiş yoxlaması mövzusunda kadr qeydlərinin yoxlanılması;
- tələb olunan kadr prosesləri üzrə proseduraların yazılması.