DSMF və statistika hesabatları

Hamıya məlumdur ki, Şirkətin ciddiliyi onun mühasibat uçotunun nə dərəcədə ciddi və şəffaf aparılması ilə ölçülür. Hesabatların yerli qanunvericiliyə tam dolğun və vaxtında hazırlanması, hesabat dövrünün sonunda nəzarətedici orqanlara təqdim olunması vacib amillərdən biridir. Eləcəc də, tələb olunan müvafiq bəyannamə və yaxud da hər hansı hesabat forması səliqəli və vaxtında tərtib edilməlidir.


Mühasibatlıq üzrə hesabatların hazırlanması – dəqiqlik, diqqət, ardıcıllıq, profüsionallıq və kifayət qədər mürəkkəb işdir. Hətta firmanın fəaliyyəti böyük həçimli olmasa, və az ştat işçiləri ilə kifayətlənsə belə, qanuna uyğun olaraq hesabatların təqdim edilməsi məcburi bir prosedurdur. Aktiv şəkildə biznes fəaliyyətinə başlamayanlar da vergi, DSMF və statistika orqanları qarşısında hesabatlar tərdim etməlidirlər. Heç bir məlumatı olmayan, balansı sıfra bərabər olan firmalar da hətta bu prosesi tam qanunveriçiliyə uyğun olaraq keçməlidir. Əks halda isə vaxtında təqdim edilməyə hesabatlara görə ciddi cərimələr nəzərdə tutulmuşdur.


Hesabatların tərtib edilməsi ilə bağlı bütün qayğıları öz üzərimizə götürməklə Sizi bu mürəkkəb və vaxt aparıcı işdən azad etmiş oluruq. Bu işi ixtisaslaşdırılmış mütəxəssislərimizə və bu sahədə peşəkarlara həvalə etməklə yüksək səviyyədə xidmət əldə etmiş olursunuz. Bizim şirkətdə Siz yalnı bu xidmətin göstərilməsi üçün də müqavilə bağlaya bilərsiniz. Çünki, biz çox gözəl başa düşürük ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin heç də hamısında nizamlı mühasibat işlərinin tam qaydada aparılmır və hətta bəziləri bu işin öhdəsindən özləri də gələ bilirlər. Lakin, hesabatların hazırlanması böyük təcrübə və bilik tələb edir. Ona görə də, bu işi professionallara tapşırmaq daha məqsədəuyğun hesab edirik. Hesabatların hazırlanması sözsüz ki, mürəkkəb işdir. Və burada səhv etməyə hər bir Şirkətə baha başa gələ bilər. Bundan da başqa, məhz hesabatlar – Sizin dövlət və nəzarətedici orqanlar qarşısında olan simanızdır. Hesabatlarınızın hazırlanmasını bizə etibar edin və biz bunu yüksək professionallıqla həyata keçirəcəyik!