Tanış olaq, SER Həsən Həsənov...
Həsən Həsənov 18 ildən artıq müddətdə maliyyə, mühasibatlıq, idarəetmə və əməliyyat sahələrində çalışmış, fərqli ölçülü və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərdə real idarəetmə təcrübəsi qazanmış mütəxəssisdir. Peşəkar yoluna vergi mühasibi kimi başlayan Həsən zamanla baş mühasib, maliyyə direktoru, maliyyə müşaviri, CEO və COO kimi rəhbər vəzifələrdə çalışaraq biznesin bütün funksional qatlarını dərindən mənimsəyib.
Bu illər ərzində o həm rəhbər, həm də sahibkar kimi fəaliyyət göstərdiyi üçün biznesi həm içəridən, həm də çöldən görə bilən nadir mütəxəssislərdəndir. Bu unikallıq ona sahibkarların ehtiyac və düşüncə tərzini dəqiq anlamaq, şirkətlərin real problemlərini isə həm rəqəmlərdə, həm proseslərdə, həm də idarəetmədə görmək imkanı yaradır.
Məhz buna görə Həsən Həsənov bu gün bazarda Finance & Operations Advisor kimi fərqlənir:
O, şirkətlər üçün yalnız maliyyə təhlili aparmır - maliyyə ilə əməliyyatın kəsişdiyi qərarverici sistemi qurur.
Şirkətlərdə çalışdığı CEO və COO təcrübəsi ona səlahiyyət bölgüsü, idarəetmə strukturu, proses dizaynı, korporativ mədəniyyət, strategiya və liderlik kimi mövzularda dərin səriştə qazandırıb. Bu, onun məsləhətçilik fəaliyyətini klassik “konsultasiya”dan çıxarıb real idarəetmə təcrübəsinə söykənən tətbiq edilə bilən modellərə çevirir.
Eyni zamanda Finance for Non-Finance - Sahibkarlar və rəhbərlər üçün maliyyə təlimçisi kimi Həsən, şirkət rəhbərlərinə və maliyyəçi olmayan mütəxəssislərə maliyyə təfəkkürünü və hesabatlılıq mədəniyyətini aşılamaqla onların idarəetmə bacarıqlarını gücləndirir.
Bu bütün təcrübə və kompetensiyalar onu bazarda belə bir nəticəyə gətirib:
Şirkətlər üçün həm finance, həm də operations sahəsində müşavir ola biləcək ən ideal namizədlərdən biridir.
Çünki o, yalnız məsləhət vermir - prosesi başa düşür, rəhbər və komanda ilə eyni dildə danışa bilir.