Maliyyə işini uçotdan idarəetmə alətinə çeviririk.

SER Consulting şirkətlərin maliyyə sistemlərini təhlil edir və idarəetmə qərarlarının əsaslandığı hesabat strukturunu formalaşdırır.
Məqsədimiz sahibkara və rəhbərliyə şirkətin real maliyyə mənzərəsini göstərmək və dayanıqlı idarəetmə üçün aydın çərçivə yaratmaqdır.
Xidmət istiqamətlərimiz:
• Maliyyə uçotu və hesabatlılıq sistemi
PL (Mənfəət və Zərər), Balans və Pul Vəsaitlərinin Hərəkəti hesabatlarının düzgün hazırlanması və standartlara uyğunlaşdırılması.
• Büdcə və Planlama
Müəssisənin məqsədlərinə uyğun büdcə modeli, aylıq planlama, kassa proqnozu (cash forecast) və plan-fakt analizi.
• Maliyyə təhlili və qərarvermə dəstəyi
Şirkətin maliyyə vəziyyətinin, maya dəyərinin analizi, rentabellik göstəricilərinin, xərc strukturunun və investisiya imkanlarının təhlili.
• Pul vəsaitlərinin idarə olunması (Cash Management)
Kassanın dövriyyəsi, likvidlik, borc öhdəlikləri və debitor-kreditor balansının optimallaşdırılması.
• IFRS-ə uyğunlaşma və hesabat standartları
Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və rəhbərlik üçün aydın təqdimat formatı.
Sahibkar üçün hansı problemi həll edirik?
• “Rəqəmlərim niyə mənə real vəziyyəti göstərmir?”
• “Pul var, amma yenə də çatmır niyə?”
• “Satış artır, amma mənfəət yoxa çıxır.”
• “Hansı xərc lazımlıdır, hansını azaltmaq olar?”
• “Strateji qərar vermək üçün hansı məlumat lazımdır?”
Biz maliyyəni hesabatlar deyil, idarəetmə qərarlarının dili kimi qururuq.
Nəticə
Maliyyə sistemi düz qurulduqda şirkət:
• real mənzərəni görür,
• riskləri vaxtında hiss edir,
• planlama edə bilir,
• böyüməni idarə edə bilir.